Translate

26 Ekim 2017 Perşembe

Təxmin, Qiymətləndirmə və Proqnozlaşdırma

Müasir dövümüzdə iqtisadi proseslər haqqında aparılan tədiqatlarda ekonometrik üsulların əvəzsiz rolu vardır. Bunu daha yaxşı görmək üçün, son 20-30 ildə iqtisadiyyat üzrə Nobel mükafatı alan iqtisadçıların apardığı tədqiqatlarda ekonometrik üsullardan böyük ölçüdə istifadə etdiklərinə baxmaq kifayyətdir. 

Sadə insanlarla yanaşı, bir sıra iqtisadçılar ekonometrik modelləşdirmə zamanı adətən üç termini qarışdırırlar. Bu terminlər -təxmin, qiymətləndirmə və proqnozlaşdırmadır[1]. Bu terminlərin mahiyyətini və ekonometrik tədqiqatlarda necə istifadə edildiyinə nəzər salaq.

Şəkil 1: Təxmin, qiymətləndirmə və proqnozlaşdırmanın
 riyazi-statistik ifadələri


Təxmin: (1) ilə göstərilən hər hansı bir iqtisadi modelin bilinməyən parametrlərinin müvafiq üsulla tapılması prosesidir.

Qiymətləndirmə: (2), (1) ilə göstərilən modelin təxmin edilmiş halıdır. Artıq (1) modelində bilinməyən parametrlərin qiymətləri bilinir. Belə olan halda, Xit (i=1,2,…,k) ilə göstərilən sərbəst dəyişənlərin istənilən qiymətinə görə, asılı dəyişən olan Y-nin alacağı qiyməti (3) bərabərliyində göstərildiyi kimi hesablamaq olar.

Proqnozlaşdırma: Y ilə göstərilən hər hansı bir asılı dəyişənin cari və keçmiş dəyərlərinin bilinməsi şərti ilə, Y dəyişəninin gələcəkdə alacağı qiymətlərin hesablanması prosesidir.  Bu terminin riyazi-statistik ifadəsi Şəkil 1-də verilən (4) bərabərliyidir.

Yuxarıda verilən qısa izahdan belə bir nəticə çıxarmaq olar. Təxmin, qiymətləndirmə və proqnozlaşdıma bir-birinin sinonimi deyil. Əksinə, təxmin, qiymətləndirmə və proqnozlaşdırma ardıcıl bir prosesdir.





[1] Bu terminlərin ingilis dilindəki qarşlığı müvafiq olaraq, estimation, predictionforecasting

1 yorum :